CÜDO
-------------------
Cüdo üzrə Azərbaycan komandası Avstriya Qran-Prisində ilk gündən sonra yeddincidir
Avstriyanın Lintse şəhərində kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Qran-pri davam edir. Planetin 72 ölkəsini təmsil edən 455 (272 kişi və 183 qadın) tatami ustasının mübarizə apardığı turnirin ilk günündən sonra aktivində biri gümüş, digəri bürünc əyarlı olmaqla iki medalı olan Azərbaycan komandası medal sıralanmasında İspaniya (1-1-1), Yaponiya (1-0-2), Hollandiya (1-0-0), Fransa (1-0-0), Sloveniya (1-0-0) və Ukraynadan (0-1-2) sonra 7-cidir. Yığmamızın aktivindək medallardan gümüş Kamran Süleymanovun (66 kq), bürüncsə Gültac Məmmədəliyevanın (52 kq) payına düşüb. Azərbaycan hazırda medal sıralanmasında Almaniya, Macarıstan, İtaliya. Portuqaliya. Avstriya və Braziliya kimi komandaları geridə qoyur.
Turnirə mayın 27-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.