CÜDO
-----------------------------
Avstriya Qran-Prisinin ilk günü cüdoçularımız iki medal qazanıblar
Süleymanov finala yüksəlib, Məmmədliyeva isə bürünc əldə edib
Bu gün Azərbaycan idmançılarının da iştirakı ilə Avstriyanın Lintse şəhərində cüdoçuların növbəti Qran-Pri yarışına start verilib. Turnirin start günü 7 təmsilçimiz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən biri - Kamran Süleymanov (66 kq) daha uğurla mübarizə apararaq, finala yüksəlib. Daha bir təmsilçimiz - Gültac Məmmədliyeva (52 kq) isə çıxışını 3-cü pillədə bitirməklə bürünc medal qazanıb. Kamran Süleymanov finala gedən yolda müvafiq ardığıllıqla Mərkəzi Afrika Respublikası təmsilçisini, ardından İtaliya. Avstriya və Almaniyadan olan rəqibin məğlub edib. O, finalda ispaniyalı David Qarsiya ilə üzləşəcək.
Bürünc medal qazanan Məmmədliyevaya gəlincə, startda Kosovo təmsilçisini məğlub edən idmançımız 1\4 finalda Yaponiya cüdoçusuna uduzaraq təsəlliverici görüşlərə qatılıb. Burada isə isə o üzləşdiyi Braziliya və İspaniya cüdoçusundan güclü olaraq, bürünc medala sahib çıxıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.