GÜLƏŞ
-------------------------
Güləşçilərimiz Bişkekdə reytinq xarakterli yarışa qatılacaqlar
Kimsə uğurunu təkrarlamağa. kimsə də revanş etməyə çalışacaq
İyunun 1-də Qırğızıstanın paytaxtı Bişkekdə sərbəst və qadın güləşi üzrə reytinq xarakterli növbəti beynəlxalq turnirə start veriləcək. Artıq sözügedən turnirdə ölkəmizi təmsil edəcək yığmanın heyəti müəyyənləşib. Sərbəst güləş üzrə yarışlarda Azərbaycanı Avropa çempionu, Zaqrebdə keçilən birinci reytinq xarakterli turnirin qalibi Əliabbas Rzazadə (57 kq), 4 qat Avropa çempionu adını daşıyan Hacı Əliyev (65 kq, Zaqrebdə ikinci yeri tutmuşdu), Əli Rəhimzadə (65 kq), Turan Bayramov , Hacımurad Hacıyev, Cəbrayıl Hacıyev (hamısı 74 kq), Abubəkr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq) və eks Avropa çempionu Maqomedxan Maqomedov (97 kq), qadınlar arasında isı Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) gücünü nümayiş etdirəcək.
Xatırladaq ki, Əliabbas Rzazadənən birinci, Hacı Əliyevinsə ikinci yeri tutduğu Zaqreb turnirində Əli Rəhimzadə, Hacımurad Hacıyev, Cəbrayıl Hacıyev, Osman Nurmaqomedov və Maqomedxan Maqomedovsa üçüncü yeri tutmaqla bürünc medal qazanmışdır. Şübhəsiz ki, 4 qat ASvropa və 3 qat dünya çempiopnu adını daşıyan Hacıı Əliyev Zaqreb finalında uduzduğunun əvəzini Bişkek turnirində çıxmağa, Əliabbas Rzazadəsə Zaqrebdəki qələbəsini davam etdirməyə çalışacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.