TENNİS
----------------
Danil Medvedev "Internazionali BNL d’Italia" turnirinin qalibidir
O, karyerasında 20-ci titulunu qazanıb
İtaliyanın paytaxtı Romada keçirilən və mükafat fondu 7.705.780 avro təşkil edən və "Masters" seriyasından hesab edilən "Internazionali BNL d’Italia" turnirə həlledici final oyunu ilə yekun vurulub. Qeyd edək ki, qrunt örtüklü açıq kortda keçirilən turnirin qalibi adını rusliyal raketka ustası Danil Medvedev qazanıb. ATR-ın reytinq cədvəlində 3-cü yerdə olan rusiyalı tennisçi həlledici finalda dünyanın 6-cı raketka ustası - Xolqer Runeni (Danimarka) məğlubiyyətə uğradıb - 7:5, 7:5. Bu qələbə sayəsində karyerasında 6-cı "Masters"i və ümumilikdə 20-ci titulunu qazanan Medvedev həm də reytinq cədvəlində bir pillə irəliləməklə 2-ci yerə yüksəlib. Qrunt örtüklü kortda ilk dəfə titul qazanan rusiyalı raketka ustası Romada qalib gəldikdən sonra cari ildə qazandığı mükafatın məbləğini 4,6 milyon dollara çatdırıb ki, bu da cari mövsümdə birinci yerdədir. Turnirin finalçısı olmuş Runeyə gəlincə, o, isə reytinq cədvəlində 7-ci pillədən 6-cı yerə yüksəlib.
Turnirin diqqətçəkən məqamlarından biri Medvedevin yarımfinalda yunanıstanlı Stefano Tsitsipası məğlub etdikdən sonra kortda rəqs etməsi olub. Medvedev bunu Tsitsipasın 1\4 finalda Tsintsinnati üzərində qələb çalandan sonra rəqs etməsinə cavab kimi dəyərləndirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.