CÜDO
------------
Azərbaycan cüdoçuları Avstriya Qran-Prisində güləşəcəklər
Mayın 25-dən 27-dək Avstriyanın Lintse şəhərində kişi və qadın cüdoçular arasında reytinq xarakterli Qran-Pri keşiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycandan olan tatami ustaları da iştirak edəcəklər. Ümumiyyətlə, turnirdə planetin 75 ölkəsindən olan cüdoçular medallar uğrunda mübarizə aparacaqlar. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, sözügedən turnirdə ölkəmiz 4-ü qadın olmaqla 12 idmançəı ilə təmsil olunacaq. Heyətə kişilərdən Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zəlim Tckayev (81 kq), Elcan Hacıyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlardansa Leyla Əliyeva, Şəfəq Qədimova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) daxil edilib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.