CÜDO
-------------------------
Azərbaycan 6 medalla Avropa Kubokunda ikinci yeri tutub
20-21 mayda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyüklər arasında cüdo üzrə keçirilən və Azərbaycan cüdoçularının da qatıldığı Avropa Kuboku turnirinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından aldığımız məlumata görə, yarışa 13 idmançı ilə qatılan yığmamız bəlli turnirdə uğurla çıxış edərək 6 (3-1-2) medal qazanıb və komanda hesabında ikinci yeri tutub. Bu nəticə ilə kişi komandamız isə birinci olub.
Medallara gəlincə, Ruslan Paşayev (66 kq), İbrahim Əliyev (73 kq) və Məhərrəm İmamaverdiyev (81 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, qızıl medal qazanıb. Yalnız finalda öz komanda yoldaşına uduzan Telman Vəılyevsə (73 kq) gümüş medalla kifayətlənib. Çıxışını 3-cü pillədə bitirən Kamran Süleymanovla (66 kq) Aslan Mirzəyevsə (100 kq) bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.