FUTBOL
-------------------
Pep Qvardiola məşqçilik karyerasında 33-cü titulunu qazanıb
O, bu titullardan 12-cinə son 7 ildə "Mançester Siti"də yiyələnib
Kataloniyalı (İspaniya) mütəxəssis Pep Qvardiolanın hazırda çalışdırdığı "Mançester Siti" (İngiltərə) İPL-nın (İngiltərə Premyer Liqası) bitməsinə bir neçə tur qalmış vaxtından əvvəl çempionluğu özünə təmin edib.
Bununla da Qvardiola məşqçilik karyerasında 33-cü dəfə titul qazanıb. Xatırladaq ki, bu titulların 14-nü "Barselona" (İspaniya), 7-cini "Bavariya" (Almaniya) qazanan Pep qalan 12-cini isə son 7 illdə "Mançester Siti" ilə əldə edib. "Şəhərlilər"lə 5 dəfə İngiltərə çempionu adını qazanan Qvardiola 4 dəfə İngiltərə Liqa Kukokuna, 2 dəfə İngiltərənin Superkubokuna, 1 dəfə isə İngiltərə Kubokuna yiyələnib. Bu gün isə o, 37-ci tur çərçivəsində artıq çempion kimi "Çelsi"ni qəbul edib. "Etixad Statdium" Arenasında keçirilən həmin oyunun birinci hissəsi Alvaresin 12-ci dəqiqədə vurduğu qolla "MS"-nin xeyrinə bitib.
Xatırladaq ki, "MS" 35 oyundan sonra (ehtiyatda 3 oyunu var) 85 xalla yarış cədvəlində birincidir. 37 oyundan 81 xal toplayan "Arsenal" ikinci, 36 oyunda hərəyə 69 xal yığan "Nyukasl"la "Mançester Yunanyted" isə 3-4-cü yerləri bölüşür.
Yeri gəlmişkən, Pep Qvadiola mövsümün sonunadək "MC" ilə daha bir tutul qazana bilər. Söhbət UEFA Çempionlar Liqasının "İnter"lə (İtaliya) final qarşılaşmasından gedir. Mütəxəssislərin rəyinə görə, yarımfinalda "Real"ı (Madrid, İspaniya) rəzil edən (səfərdə 2:0 uduzub, evdə 4:0 udub).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.