ŞAHMAT
-------------------------------
Günay Məmmədzadə Bibisara Asaubayevayla sülh bağlayıb
Kiprin Nikosii şəhərində qadın şahmatçılar arasında keçirilən və Azərbaycanın qadın yığmasının lideri Günay Məmmədzadə ilə birlikdə 12 zəka sahibinin iştirak etdiyi FİDE Qran-Prisinin 4-cü mərhələsi davam edir. Qeyd edək ki, iddiaçılar turnirinə seçmə xarakteri daşıyan bu turnirdə dünən sayca 4-cü turun partiyaları oynanıb. Mükafat fondu 80 min avro təşkil edən tunrin hesabat turunda həmyerlimiz qazaxıstanlı Bibisara Asaubayeva ilə qarşılaşıb. Görüş tərəflərin razılığı nəticəsində sülh şəraitində başa çatıb. Belədə isə hərə aktivinə 0,5 xal yazdırmaqla kifayətlənib.
Xatırladaq ki, turnirə Oliviya Kiolbasa (Polşa) üzərində qələbə çalmaqla başlayan və ardından Yekaterina Laqno və Polina Şuvalovaya (hər ikisi FİDE) uduzan Məmmədzadə hazırda 1,5 xalla 8-10-cu yerləri bölüşür. Bu gün baş tuitacaq 5-ci turda isə şahmatçımız Tan Çjunyi (Çin) ilə qarşılaşacaq.
Qeyd: FİDE Qran-Prisi 4 mərhələdən ibarətdir. Hər bir iştirakçı bu mərhələlərin yalnız 3-də iştirak edə bilər. Sonda isə 4 mərhələnin ümumu nəticəsinə görə daha çox xal toplamaqla ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanmış olacaq. 80 minlik mükafat fondu isə 1-8-ci yerləri tutanlar arasında bölüşdürüləcək. Onu da qeyd edək ki, Məmmədzadə yalnız 4-cü mərhələyə qatılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.