BASKETBOL. 3X3. DÜNYA SERİYASI
--------------------------
Astarada qadınlar arasında 3X3 basketbolu üzrə Dünya Seriyası keçirilir
Bu gün ölkənin cənub zonasında yerləşən Astara şəhərində qadınlar arasında 3X3 basketbolu üzrə Dünya Seriyasına start verilib. Tunirdə ikisi klub, 10-u yığma olmaqla on ölkəni təmsil edən 12 kollektiv mübarizə aparıb. Turnirə ev ashibliyi edən Azərbaycan iki kollektivlə, həm yığma komanda, həm də "Neftçi" klubu ilə təmsil olunub. Yığmanın heyətində Sali Əl-Xuri, Nailə Əlisultanova. Binita Rizvanova və Mersedes Mari Uolker, "Neftçi" klubunda isə Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenxaer və Dina Ulyanova cəmləşib. Yığmamız C qrupunda Polşa və Çinin "Yuanda" klubu ilə (hər ikisinə uduzub - 22:7 və 16:18), "Neftçi" siə D qrupunda Rumıniya və Macarıstan komandasıyla (hər ikisini məğlub edib - 12:15 və 15:17) qarşılaşıb. Turnirin A qrupunda Misir, Ukrayna və Almaniya, B qrupunda isı Avstriya, Çin və Çexiya milisi mübarizə aparıb. Reqlamnetə görə, qruplarda ilk iki yeri tutan komandalar 1\4 finala yüksəliblər.
Qeyd edək ki, qrup yarışlarının nəticəsinə görə, "Neftçi" (Azərbaycan), Ukrayna, Çin, Avstriya, Misir, Polşa, "Yuanda" (Çin) və Macarıstan 1\4 finala yüksəlib. Bu mərhələnin oyunları mayın 21-də keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.