CÜDO
--------------------------
Gənc cüdoçularaımız Malaqa Avropa Kubokunda
20-21 may günlərində İspaniyanın Malaqa şəhərində Azərbaycan idmançıları da daxil olmaqla gənclər arasında Avropa Kuboku keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə. 22 ölkəni təmsil edən 318 idmançının qatıldığı turnirdə ölkəmizin idman şərəfini 6 çəki dərəsində 17 cüdoçu qoruyacaq. Qeyd edək ki, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəblinin rəhbərliyi altında bəlli turnirə qatıllan Azərbaycan yığmasının heyətində Nizami İmranov, Nurlan Kərimli, Əli Hacıyev, Eltun İmranov, Murad Muradlı (hamısı 60 kq), Samir Piriyev, İslam Rəhimov, Aydın Rzayev, Nicat Nağıyev (hamısı 66 kq), Süleyman Əliyev, Qadir Hüseynov, Vüsal Qələndərzadə (hər üçü 73 kq), Ömər Rəcəbli, Xəyyam Əliyev (hər ikisi 81 kq), Əjdər Bağırov, İsmayıl Zamanov (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) yer alıb.
Turnirdən sonra idmançılarımız 22-24 may aralığında Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına (TMT) qatılacaqlar.
Yeri gəlmişkən, turnirin start günü 60, 66 və 73 kq çəkidə olan 12 cüdoçumuz mübarizəyə qatılıb.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.