Futbol
------------
"Şəhərlilər" "Kral klubu"nu taxtdan salsa da, Karlo Ançelotti postunda qalır
İspaniya La Liqasının bitməsinə 4 tur qalmış yarış cədvəlində 71 xalla ikinci olan Madrid "Real"ı UEFA Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"-yə (İngiltərə) cavab matçında biabırçı hesabla uduzaraq, Avropanın ən yüksək səviyyəli klub turniində mübarizəni dayandırb. Bu biabırçılıqdan onra çoxları baş məşqçi Karlo Ançelottinin istefaya göndəriləcəyini düşünürdü. Lakin hec də hər şey düşünüldüyü kimi olmayıb. Xatırladaq ki, Madriddə keçirilən ilk oyunda yerli "Kral klubu"na 2:0 hesabla uduzan "Şəhərlilər" ("MS") doğma divarlar arasında keçirdiyi cavab oyununda qonağını daha böyük hesabla (4:0) məğlub edərək onu sanki krallıq taxtından yerə salıb.
Di gəl ki, buna baxmayaraq, "Kral klubu"nun rəhbərliyi hələ 2024-cü ilədək müqaviləsi olan italiyalı mütəxəssis Ançelotti ilə ayrılmaq niyyətində olmadığını bildirib. "As"ın verdiyi xəbərə görə gələn həftə Ançelotti ilə klubun prezidenti Florentino Peresin görüşü gözlənilir. Peres ilk növbədə Ançelottini narahat edən məsələni və sonra da klubun gələn mövsüm nəzərdə tutduğu planı müzakirə edəcək. Bütün hallarda onu da qeyd etmək lazımdır ki, "Real"ın ÇL-da mübarizəsini dayandırmasını bir reallıq kimi qəbul edən Peres klubun İspaniya Kubokunu qazanmasından razı olduğu kimi, La Liqada zəif çıxış etməsində narazı olduğunu da gizlətməyib.
Bu arada məlub olub ki, Ançelotti Braziliya milisindən də təklif alıb. Bundan Peresin də xəbəri olduğu üçün onunla təcili görüşmək və klubun gələcək planlarını müzakirə etmək qərarına gəlib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.