ŞAHMAT
---------------------------
Günay Məmmədzadə FİDE Qran-Prisində yenə uduzub
Onu qarşıda Bibisara Asaubayeva ilə qarşılaşma gözləyir
Nikosiidə (Kipr) azərbaycanlı şahmatçı Günay Məmmədzadə də daxil olmaqla 12 qadın arasında keçirilən FİDE Qran-Prisinin 4-cü və sonuncu mərhələsi davam edir. Mükafat fondu 80 min avro təşkil edən (ilk 8-likdə yer alanlar arasında bölüşəcək) və dairəvi sistem üzrə keçirilməzklə 11 turdan ibarət olan Qran-Pridə dünən axşam saatlarında 3-cü turun oyunları olub. Təəssüflər olsun ki, hesabat turu həmyerlimiz üçün uğusuz olub. Qeyd edək ki, startda Oliviya Kiolbasanı (Polşa) məğlub etdikdən sonra ikinci turda Katerina Laqno (FİDE) uduzan Məmmədzadə hesabat turunda isə Polina Şuvalovaya (FİDE) məğlub olub. Hazırda topladığı 1 xalla 89-10-cu yerləri bölüşən şahmatçımız bu gün baş tutacaq 4-cü turda qazaxıstanlı şahmatçı, aktivindəki 0,5 xalla 11-12-ci yeri bölüşən Bibisara Asaubayeva ilə qarşılaşacaq.
Onu da qeyd edək ki, reqlamentə əsasən 4 mərhələdən ibarət olan bu Qran-Prinin ümumi nəticəsinə görə ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirində iştirak etmək hüququ qazanmış olacaqlar. Hər bir şahmatçı 4 mərhələnin yalnız 3-də iştirak edə bilər. Məmmədzadə isə yalnız bu sonuncu mərhələyə qatılıb. O, reytinq göstəricisinə görə bu mərhələ iştirakçıları arasında 10-cudur.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.