BASKETBOL
---------------------------
"NTD"ni məğlub edən "Gəncə" çempionatın finalına yüksəlib
Dünən kişi basketbolçulardan ibarət "Gəncə" klubu ilə "NTD" arasında Azərbaycan çempionatının həlledici yarımfinal oyunu keçirilib. "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutan həmin oyunda qonaq olmasına rəğmən gəncəlilər qalib gəliblər - 103:106 ОВ-2 (17:19, 24:27, 14:18, 25:16, 23:26). Bununla da yarımfinal seriyasında ikinci qələbəsini qazanan "Gəncə" adını finala yazdırıb. Onun finaldakı rəqibi isə "Sabah" klubudur. Xatırladaq ki, evdə keçirdiyi ilk oyunda 76:105 hesabla uduzan "Gəncə" səfər matçında 101:73 hesabla qalib gələrək pozulmuş tarazlığı bərpa etmişdir. Bu dəfə isə gəncəlilər ümumi hesabə özlərinin xeyrinə olaraq 2:1-ə çatdırıblar.
Yaxın günlərdə final matçının keçirilcəyi məkan və vaxt dəqiqləşdiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.