AĞIR ATLETİKA
----------------------------
İsa Rüstəmov "Qara Qitə" də rəqiblərini üstələyərək çempionu olub
Mayın 11-də Tunisin paytaxtı Tunis şəhərində startı verilən və Azərbaycan idmançılarının da qatıldığı ağır atletika üzrə Afrika çempionatı davam edir. Sayca 33-cü dəfə təşkil edilən və mayın 18-dək davam edəcək bu çempionatda Azərbaycan 3 atletlə təmsil olunur. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə. bu gün daha bir idmançımız - İsa Rüstəmov (67 kq) körpücük üzərinə çıxaraq, mübarizəyə qatılıb. Maraqlıdır ki, Rüstəmov da özündən əvvəl mübarizəyə qatılan komanda yoldaşı kimi rəqib tanımadan çempionluq zirvəsinə yüksəlib.
Birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırma hərəkətində isə 164 kq çəkini başı üzərinə qaldıran İsa Rüstəmov toplam 302 kq (138+164) nəticə göstərib.
Bu nəticə ilə o, həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda "Qara Qitə"də bütün rəqiblərini üstələyib. Beləliklə, o da komanda yoldaşı Nazilə İsmayılova (45 kq) kimi iki kiçik və bir böyük qızıl medal qazanıb. Yeri gəlmişkən, Rüstəmov 2022-ci ildə gənclər arasında keçirilən Avropa çempionatında da 3 medal qazanmışdı.
Qarşıdakı günlərdə daha bir atletimiz - Ömər Cavadov (73 kq) mübarizəyə qatılacaq.
Xatırladaq ki, Azərbaycan atletləri aprelin sonunda İrəvanda keçirilən Avropa çempionatında məlum səbəbə görə iştirak etmədikləri üçün Beynəlxalq Ağır Atletika Federasiyası onlara Afrika çempionatında iştirak etmək imkanı verib. Qeyd edək ki, Afrika çempionatı da 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Olimpiada-2024-ə lisenziya xarakteri daşıyır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.