HÜMBƏT QULİYEV: Boks adlı idman və ya başa qəsdən, qərəzli vurmaq haqqında (esse)
Bu gün iki məlumat üst-üstə düşdü. Əvvəlcə, oxudum ki, İsveçrədə boksla məşgul olmağı qadağan edirlər, ikincisi də, FB mənim düz bir il qabaq boks haqda yazımı təkrar səhifəmə çıxartdı.
Türklərin, həmçinin biz oğuz türklərinin tarixində boks və ya buna oxşar idman növləri olmayıb. Bizlərdə güləş və ona bənzər idman növləri olub. Bu idman növlərində məqsəd rəqibin dizini və ya kürəyini güc və ya fənd vasitəsilə yerə qoymaq olub.
Boksda məqsəd əllərlə( bəzi növlərdə ayaqlarla da) rəqibin qarnına( qara ciyərə, günəş kələfinə),sifətinə, başına zərbələr endirib onu gicəltmək- nokdaun, daha yaxşısı onu huşdan etmək- nokautdur!
Razılaşın ki, bir insanın digər özü kimi insana bilərəkdən ağır xəsarətlər yetirmək istəyi normal deyil və adi insan məntiqinə heç cür sığmır.
Bu, xüsusən də azərbaycanlı təfəkkürünə tam yadd bir haldır. Azərbaycan dilində sima sözünün iki mənası var: şəxsiyyət və sifət. Bizlərdə insanın siması elə onun özüdür, simaya toxunmaq təhqir sayılıb, həmişə. Məğzinə varsanız, boksun mənası elə rəqibi təhqir etməkdən ibarətdir.
Bu hallar güləşdə yoxdur. Hər iki tərəf mübarizədən sonra simalarını, hər iki mənada qoruyub saxlayırlar. Güləşdə məqsəd kimin daha güclü olduğunu müəyyən etməkdir. Təhqirsiz!
Boksda sən birinci təhqir et, yoxsa o səni təhqir edəcək təfəkkürü bərkiməmiş uşağın psixi durumunu deformasiyaya uğradır. Sonradan o bu psixologiyanı ailəyə, cəmiyyətə daşıyır. Onun bu psixologiyasından qurduğu ailə, cəmiyyət əziyyət çəkir. Daha tez vurmaq üçün məşqlər ona gətirir ki, boksçular əvvəl vurub sonra düşünürlər. Adi məişət anlaşılmazlığını bir " düzgün" yumruqla həll edən bu "uşaqlar" ağır xəsarət yetirdiklərindən həbsxanalara birinci düşürlər.
Digər tərəfdən, hər nokdaun,xüsusən də nokautdan sonra idmançılar xəstəxanada ağır beyin travması kimi müalicə almalıdırlar. Adətən belə olmur, beyində qansızma yerləri yaxşı müalicə olunmadığından yüksək ixtisaslaşmış hüceyrələr adi çapıq toxuması ilə əvəz olunur ,normal beyin fəaliyyəti pozulur, yaddaş zəifləyir, insan qarşısına qoyduğu arzulara çata bilmir. Böyük boksçu Mühəmməd Əlinin yaşlaşdıqda əllərinin və başının əsə-əsə gəzdiyi hamınızın gözü önündədir, yəqin ki.
Mənim tövsiyyəm odur ki, əvvəl uşaqlarınızı güləşə, dzyudoya və ya digər idman növlərinə qoyun. Onun psixikası bərkiyəndən sonra(18 yaş),özü seçim edə bilər.
Biz azərbaycanlıların genetik kodu ilə yanaşı davranış kodumuz da var. Biz vuruşanda da mərd vuruşmuşuq, yıxılanı belə vurmamışıq. Güləş bizim davranış kodumuzu düzgün formalaşdırır, kritik situasiyalarda belə güləşçilər qarşılıqlı hörmət prinsipini qoruyub saxlamağı bacarırlar. Bu həm ailə, həm də cəmiyyət üçün çox vacibdir.
Hesab edirəm ki, cəmiyyətimizin sağlam təfəkkürlü insanlardan ibarət olması yüzlərlə medaldan daha önəmlidir.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.