AĞIR ATLETİKA
--------------------------
Azərbaycan atleti Afrika çempionu olub
Nazilə İsmayılova Afrika çempionatında qalib oldu.
Mayın 11-də Tunisdə ağır atletika üzrə 33-cü Afrika çempionatına start verilib. 8 gün davam edəcək bu yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, bu gün atletlərimizdən biri - Nazilə İsmayılova körpücük üzərinə çıxıb. 45 kq çəki dərəcəsində mübarizə aparan atletimiz uğurlu çıxışla yadda qalıb.. Belə ki, birdən qaldırma hərəkətində 60 kq ağırlığı ram edən Nazilə, təkanla qaldırma hərəkətində isə 72 kq çəkini başı üzərinə qaldırıb. İki hərəkətin cəmində 132 kq (60+72) nəticə göstərən atletimiz Afrika çempionu olub. Bununla da o, 45 kq çəki dərəcəsində dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub (iki kiçik və bir böyük qızıl medal qazanıb).
Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.
Afrika çempionatında Nazilə ilə yanaşı, daha iki atletimiz - İsa Rüstəmov (67 kq) və Ömər Cavadov (73 kq) də mübarizə aparacaq. Qeyd edək ki, Afrika çempionatında iştirak etmək üçün "qara qitəyə" yollanan hər 3 atletimiz 15-23 aprel günlərində İrəvanda keçirilən Avropa çempionatına getsə də, məlum səbəbdən körpücük üzərinə çıxmadan geri qayıtmışdılar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.