BASKETBOL
---------------
Finalda Azərbaycan və Rusiya tələbələri qarşılaşacaq
Bakıda tələbələr arasında keçirilən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turniri artıq finiş xəttinə çatıb. Qeyd edək ki, 8 tələbə komandasının iştirak etdiyi və iki qrupda (A və B) mübarizə apardığı turnirdə bu gün yarımfinal oyunları keçirilb və bununla da finalçılar müəyyənləşib.
Xatırladaq ki, Bakı Texniki Universitetin idman zalında baş tutan yarımfinalda ilk öncə Leninqrad Dövlət Universiteti ilə Türkmənistanın tələbə komandası qarşılaşıb. Görüş rusiyalıların qələbəsi ilə bitib - 106:65.
Bunun ardından isə iki Azərbaycan təmsilçisi - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Texniki Universitet qarşılaşıb. Bu qarşılaşma ikincinin 59:53 hesablı qələbəsi ilə başa çatıb. Bununla da sabah keçiriləcək final matçında Azərbaycan Texniki Universitet komandası ilə leninqrad təmsilçisi üzləşəcək. Yarımfinalda məğlub olan komandalar isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, turnirdə Azərbaycan (2 komanda), Rusiya. Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan, və Belarus təmsilçiləri (tələbələri) iştirak ediblər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.