FUTBOL
----------------------
David De Xea "Qızıl əlcək" mükafatının qalibi ola bilər
İngiltərə Premyer Liqasında (İPL) mübarizə aparan "Mançester Yunayted" klubunun qolkiperi David De Xea mövsümün sonunda ilin ən yaxşı qapıçısı üçün təsis edilən "Qızıl əlcək" mükafatının qalibi ola bilər. O, İPL-nın 36-cı turu çərçivəsində "Vulverxempton"a qarşı keçirilən oyunda da (2:0) öz qapısının toxunulmazlığını qorumaqla, cari mövsümdə "quru" oyunlar seriyasında sayı 16-ya çatdırıb. Bununla da De Xea bu nominasiyada bütün rəqiblərini xeyli geridə qoyub. Qeyd edək ki, İPL-da mövsümün bitməsinə cəmi 3 tur qalır. Amma David De Xeanın potensial rəqibləri olan Alisson ("Liverpul"), Nik Poul ("Nyukasl") və Aaron Remsdeyl ("Arsenal") meydanı hərəyə 13 dəfə qol buraxmadan tərk edib. Qalan 3 turda De Xea daha bir oyunda qoruduğu qapıdan top buraxmasa say 17-yə çatacaq və belə də isə o, qalan iki turdan asılı olmayaraq, bütün rəqibləri üçün əlçatmaz olacaq. Xatırladaq ki, David De Xea 2017\18-ci illər mövsümün də 18 dəfə qapısından top buraxmamaqla bu mükafata sahib olmuşdur.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.