CÜDO
----------
Zelim Kotsayev DÇ-2023-də bürünc medal qazanıb
Qətərin paytaxtı Dohada kişi və qadın çüdoçular arasında keçirilən və Azərbaycandan olan tatami ustalarının da qatıldığı dünya çempionatı (DÇ-2023) artıq başa çatmaq üzrədir. İlk 5 günü tatami ustalarımız üçün uğursua olan mundialın nəhayət ki, 6-cı günü düşərli olub. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, həmin gün mübarizəyə qatılan cüdoçumuz Zelim Kotsayev (100 kq) özündən əvvəl çıxış edən və fiaskoya uğrayan komanda yoldaşlarından fərqli olaraq, daha uğurla mübarizə apararaq, mundialda 3-cü yeri tutub və qazandığı bürünclə Azərbaycan yığmasının medal hesabını açıb. Qeyd edək ki, startda Aleksandr Kukoljanı (Serbiya) və ardından Avstriya təmsilçisi Aaron Farı məğlub edərək 1\4 finala yüksələn Kotsayev bu mərhələdə isə izrailli Petr Palçiki üstələyərək yarımfinala qalxıb. Burada isə o, Çexiya idmançısı Lukaş Krpaleklə (2009-cu ildə İrəvanda gənclər arasında keçirilən AÇ-nın finalında həmyerlimiz Elmar Qasımovun finalda məğlub etdiyi cüdoçu) üzləşib. Qarşılaşmanın əsas vaxtında qalib aşkar edilməyib. Əlavə vaxtda isə Zelimin işlətdiyi fənd təzə qaydalara əsasən rəqibin xeyrinə olub. Çempionluq şansını itirən cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulmanidzedən güclü olub.
Bununla da Azərbaycan yığması nəhayət ki, mundialın 6-cı günündə aktivinə bir medal yazdırıb. Çempionatın bü gününə təsadüf edən 7-ci günündə isə fərdi yarlışılarda son təmsilçimiz - Kokuari Uşanqi (+100 kq) mübarizəyə qatılıb. Təəssüflər olsun ki, Uşanqi də mundialda uzun yol qət edə bilməyib. Qeyd edək ki, ilk iki görüşdə müvafiq ardıcılıqla Kodi Endryson (Yeni Zelandiya) və Marti Puumalayeni (Finlandiya) məğlub edən cüdoçumuz 1\8 finalda İnal Tasoyevə uduzaraq mübarizəni dayandırıb. Xatırladaq ki, Uşanqi hələ 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qarışız komanda yarışında da Tasoyevə (Rusiya yığması) uduzmuşdu.
Beləliklə, Azərbaycanın cüdo komandası fərdi yarışları cəmi bir bürünc medalla başa vurub.
Sabah mundialda komanda yarışları keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.