MAİS İBRAHİMOV:
Ağcabədidə mini futbol turnirinin qalibləri mükafatlandırıldı
25 aprel – 09 may 2023-cü il tarixlərdə Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubiley münasibətilə idarə, təşkilat və müəssisələr arasında mini futbol üzrə rayon turniri keçirilmişdir. Turnirin final oyunu mayın 9-da Ağcabədi Olimpiya İdman Kompleksində baş tutmuşdur.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, final oyununda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, həmçinin digər idarə, müəssisə, təşkilatların rəhbərləri və gənclər olmaqla 1000-ə yaxın izləyici iştirak etmişdir.
Turnirin finalında Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının komandası ilə TƏBİB komandası üz-üzə gəlib. Gərgin və maraqlı keçən oyunun sonunda YAP Ağcabədi rayon təşkilatının komandası 1-0 hesabı ilə qalib olmuşdur. Beləliklə, yekun nəticələrə əsasən turnirdə 1-ci yerə YAP Ağcabədi rayon təşkilatının komandası, 2-ci yerə TƏBİB komandası, 3-cü yerə isə Ağcabədi Pedaqoji Kollecinin komandası layiq görülmüşdür. Turnirin sonunda I, II və III yeri tutmuş komandalara, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənmiş oyunçulara təşkilatçılar tərəfindən diplom, medal, kubok və hədiyyələr təqdim olunmuşdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.