FUTBOL. ÇL. 1\2 FİNAL
-------------------
İtaliya derbisini "İnter" qazanıb
Dünən axşam saatlarında UEFA Çempionlar Liqasının yarımfinal mərhələnin ilk oyunları çərçivəsində daha bir oyun keçirilib. Maraqlıdır ki, bu oyun iki İtaliya təmsilçisi, həm də eyni şəhərdən olan klublar arasında baş tutub. Söhbət ev oyunlarını eyni şəhərin eyni stadionunda keçirən "Milan"la "İnter" qarşılaşmasından gedir. Bu dəfə "Milan" ev sahibi olduğu üçün stadion "Cuzeppe Meattsa" adlandırılib. Gərgin mübarizə şəraitində keçən 90 dəqiqəlik mübarizə qonaq komandanın 0:2 hesablı qələbəsi ilə bitib. Maraqlıdır ki, bu Milan derbisinin taleyi ilk 11 dəqiqədə hell edilib. 8-ci dəqiqədə Çeko hesabı açaraq, "İnter"i irəli çıxarıb - 0:1. 11-ci dəqiqədə isə "İnter"in erməni oyunçusu Mixitaryan hesabı 0:2-yə qatdırıb. Bundan sonrakı dəqiqələrdə tərəflərdən heç biri fərqlənə bilməyib. Bununla da "İnter" ÇL-da "Milan"ı ilk dəfə məğlub edib. Buna qədər ÇL-da keçirilən 4 oyunun ikisində "Milan" qalib gəlib, ikisində isə heç-heçə qeydə alınıb. "İnter" bu qələbə sayəsində "Milan" üzərində 88-ci qələbəsini reallaşdırıb. Tərəflər arasında keçirilən oyunların 79-da "Milan" qalib gəlib. 69 matçda isı heç-heçə qeydə alınıb. Vurulan topların fərqinə gəlincə "İnter" irəlidədir - 328:310.
Cavab oyunu mayın 16-da eyni şəhərdə və eyni stadionda olacaq. Bu dəfə "İnter" ev sahibi olacağı üçün stadion "San-Siro" adlanacaq.
Xatırldaq ki, bundan bir gün öncə isə ÇL-nın digər yarımfinal matçında Madrid (İspaniya) "Real"ı doğma divarlar arasında "Mançester Siti"nin (İngiltərə) müqavimətinə qıra bilməyib - 1:1.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.