ÇİMƏRLİK GÜLƏŞİ
------------------
Pəhləvanlarımız Dünya Seriyasında iki medal qazanıblar
Argentinanın paytaxtı Buenos-Ayresdə çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələ yarışı keçirilib. Azərbaycan da daxil olmaqla turnirdə 27 ölkə təmsil olunub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən turnirə 3 güləşçi ilə qatılıb ki, onlardan da ikisi uğurla güləşərək medal qazanıb. Qazanılan medallardan biri gümüş, digərisə bürünc əyarlıdır. Gümüşü yalnız həlledici finalda məğlub olan İbrahim Yusubov (90 kq), bürünc medalı isə 70 kq-da güləşən Ramiz Həsənov qazanıb. Təəssüflər olsun ki, Cənubi Amerika çimərliyində güləşən daha bir pəhləvanımız - Oyqn Nəzəriani (+90 kq) yarşla əliboş vidalaşıb.
Qeyd edək ki, Dünya Seriyasının 2-ci mərhələsi 10-11 iyun aralığında Sinqapurda keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.