BOKS
-------
Alfonso Dominqeslə Məhəmməd Abdullayev DÇ-nın yarımfinalında
Özbəkistanın paytaxtı Daşkənddə kişi bokusçular arasında keçirilən və Azərbaycan boksçularının da iştirak etdiyi dünya çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən 10-cu günü Azərbaycan boksçuları üçün uğurlu olub. Belə ki, iki titullu boksçumuz - Olimpiada-2020-nin üçüncüsü, DÇ-2021-in və ikinci Avropa Oyunlarının (2019) qalibi adını daşıyan Alfonso Dominqes (86 kq) və DÇ-2021-nin bürünc müdalçısı Məhəmməd Abdullayev (+91 kq) 1\4 final mərhələsini də qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib. Bu isə o deməkdir ki, rinq ustalarımız ən azından mundialın bürünc medalını özlərinə təmin ediblər. Boksçularımız bundan sonra da uğurla cıxış etməklə qazanacaqları medalın əyarını gümüş və qızıl da edə bilərlər.
Xatırladaq ki, yarımfinala çıxışda Dominqes özbəkistanlı Şoxcahan Abdullayevi 5:0, digər boksçumuz - Abdullayevsə gürcüstanlı Nikoloz Beqadzeni eyni hesabla məğlub edib. Hər iki boksçumuz karyerasında ikinci dəfə DÇ-nın yarımfinalına yüksəlib. Yarımfinal döyüşləri mayın 12-də keçiriləcək. Təəssüflər olsun ki, mundiala qatılan 13 boksçumuzdan 11-i mübarizəni vaxtından əvvəl dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.