CÜDO
-----------
Hidayət Heydərov DÇ-nın yarımfinalında büdrəyib
Bu günsə Səid Mollai tatamiyə cıxacaq
Qətərin paytaxtı Dohada böyüklər (kişi və qadın) arasında cüdo üzrə keçirilən Dünya çempionatı davam edir. Qeyd edək edək ki, mundialən geridə qalan 3-cü günü də Azərbaycan yığması üçün uğursuz olub. Belə ki, həmin gün tatamiyə çıxan Hidayət Heydərov (73 kq) da mundialla əliboş vidalaşıb. Dünya reytinq cədvəlində 2-ci pillədə yer alan cüdoçumuz startda moldovalı Adılya Osmanovu, ardından ABŞ təmsilçisi Ceka Yonezuku məğlub edərək 1\4 finala yüksəlib. Burada isə kanadalı Artur Marqelidondan üstün olan Heydərov di gəl ki, yarımfinalda üzləşdiyi İtaliya təmsilçisi Manuel Lombardo ilə bacarmayıb. Reytinq cədvəlində özündən 5 pillə aşağıda olan rəqibinə uduzduqdan sonra o, bürünc medal uğrunda yaponiyalı Soiçi Xaşimotoyla (reytinqdə 10-cu) qarşılaşıb. Təəssüflər olsun ki, cüdoçumuz bu görüşdə də məğlub olaraq, mundialı 5-ci pillədə başa vurub.
Mundialın bu günü təsadüf edən 4-cü günü isə yığmamızın liderlərindən bii olan Səid Mollai (81 kq) mübarizəyə qatılacaq. Reytinqdə 3-cü olan Mollai ilk görüşünü Aleks Barto (Slovakiya)- Fransua Qote-Draper (Kanada) cütünün qalibinə qarşı keçirəcək.
Çempionata mayın 14-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.