TAEKVONDO
-------------
Yeniyetmə və gənc taekvondoçularımız Sarayevoya yollanıblar
11-12 may günlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə və gənc taekvonduçular arasında Avropa Multi Oyunları keçiriləcək. İki gün davam edəcək yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Oyunların ilk günü yeniyetmələr, etəsi günsə gənclər dayanq üzərinə çıxacaqlar. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, ölkəmiz Oyunlara 26 idmançı ilə qatılacaq. Gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında oyunlara qatılacaq yığmanın heyətində Məhəmməd Həsənli, Fuad Məhərrəmli (hər ikisi 48 kq), Aydın Süleymanov (51 kq), Vasif Səlimov, Marat Məmmədov (hər ikisi 59), Vüqar Bağırov (63 kq), Rəvan Məmmədov (68 kq), Elcan Əliyev (73 kq), Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) yer alıb.
Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun rəhbərliyi altında Oyunlara qatılacaq yeniyetmələrdən ibarət yığmanın heyətinə isə aşağıdakı idmançılar daxil olub (gənclərdən fərqli olaraq, bu yaş kateqoriyası çəki dərəcəsi ilə deyil, yeni sistemə əsasən boy ölçüsünə uyğun keçiriləcək): Oğlanların yarışında Anar Abdulzadə, İlyas Hətəmli, Novruz Əliyev (hər üçü 160 sm), Əliheydər Quliyev (164 sm), Mətləb Əliyev, Həsən Əlizadə (hər ikisi 172 sm), Sənan Hüseynov (176 sm), Tamerlan Yaqubov (180 sm), qızların mübarizəsində isəNuray Sultanova, Zəhra İsayeva (hər ikisi 152 sm), Leyla Kərimova (156 sm), Humay Dadaşzadə, Şəms Əlizadə (hər ikisi 160 sm), Nilufər Borji, Fatimə Həsənova və Narın Həsənovanı (hər üçü 168 sm) dayanq üzərinə çıxaraq, qüvvəsini sınayacaq.
Mayın 9-da Sarayevoya yollanan yığmalarımız mayın 13-də Bakıya dönəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.