BODİBİLDİNQ
---------------
Azərbaycan komandası 12 medalla Avropada 4-cü yeri tutub
Yusif Nurullayevsə Avropanın mütləq çempionu olub
İspaniyanın Santa-Susanne şəhərində bodibildinq üzrə keçirilən və Azərbaycan atletlərinin də əzələ nümayiş etdirdiyi Avropa çempionatına yekun vurulub. Qeyd edək ki, Azərbaycan komandası bu qitə çempionatında beşi qızıl, dördü gümüş və üçü bürünc əyarlı olmaqla 12 medal qazanıb. Bu isə komandamıza qitə çempionatının komanda sıralanmasında yalnız 4-cü olmaq imkanı verib. Çempionatın diqqət çəkən məqamlarından biri 90 kq çəkidə əzələ nümayiş etdirən atletimiz Yusif Nurullayevin əvvəlcə öz çəkisində, sonra isə mütləq çəkidə Avropa çempionu adını qazanmasıdır.
Yeri gəlmişkən, yığmamızın veteran üzvü və liderlərindən biri Vüqar Verdiyev və Hidayət Məhərrəmli də Avropa çempionu adını qazanıb. Vüqar bu ada "Masters", Hidayət isə "Muscular Men’s Physique" kateqoriyasında fərqlənib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.