CÜDO
---------------------------
Mundialın ilk iki günü cüdoçularımız üçün uğursuz olub
Sabah mundialda Hidayət Heydərov tatamiyə çıxacaq
Dünən Qətərin paytaxtı Dohada startı verilən və 13 (4 qadın, 9 kişi) Azərbaycan cüdoçusunun da qatıldığı dünya çempionatının ilk iki günü geridə qalıb. Təəssüflər olsun ki, geridə qalan bu günərdə tatamiyə çıxan 7 (4 qadın, 3 kişi) cüdoçumuzdan heç biri fərqlənə bilməyib. Start günü mübarizəyə qatılanlardan Leyla və Könül Əliyevalar (hər ikisi 48 kq) elə birinci, dünya reytinq cədvəlində öz çəkisinin 2 nömrəlisi olan Balabəy Ağayevlə Turan Bayramov (hər ikisi 60 kq) isə ikinci görüşdə məğlubiyyətlə üzləşərək mundialla erkən vidalaşıb.
Dünya çempiontının bu günə təsadüf edən ikinci günündə də tatamiyə çıxan təmsilçilərimiz fiaskoya uğrayıblar. Mübarizəyə qatılanlardan həm Orxan Səfərov (66 kq), həm də Gültac Məmmədəliyevayla Aydan Vəliyeva (hər ikisi 52 kq) ikinci mərhələdə məğlubiyyətlə üzləşərək mundialdan kənarda qalıb. Sabah isə qadınlar 57, kişilərsə 73 kq-da mübarizə aparacaqlar. Həmin gün Azərbaycan yalnız Hidayət Heydərovla (73 kq) təmsil olunacaq. Xatırladaq ki, Hidayət Heydərov hazırda dünya reytinq cədvəlində öz çəkisinin ikincisi, aktivindəki xallara görə isə dünya sıralanmasında 10-cudur. Mütəxəssisləır, eləcə də dünya və Avropa Cüdo Birliyi Heydərovu yüksək dəyərləndirərək, onu cüdo ailəsinin liderlərindən hesab edirlər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.