VOLEYBOL
--------------------------------
Ayşən Abduləzimova yenə Macarıstan çempionu olub
Azərbaycanın qadın voleybol yşğmasının kapitanı, hazırda Macarıstanda legioner həyatı yaşayan Ayşən Abduləzimova şərəfini qoruduğu "Vaşaş" klubu ilə daha bir uğura imza atıb. Qeyd edək ki, Abduləzimovanın şərəfini qoruğu "Vaşaş" klubu Macarıstan çempionatının final seriyasında "Bekeşçab" klubunu ardıcıl olaraq 3 dəfə məğlub etməklə çempionluğa yüksəlib. Çempionluğu reallaşdıran və "Vaşaş"ın 3:0 (25:11, 25:17, 25:13) hesablı qələbəsi ilə bitən son oyunda yığmamızın kapitanı özünün və komandasının aktivinə 18 xal yazdırıb. Ayşən bu xallardan 10-nu hücumda, 8-ni isə blokda qazanıb. Kapitanımızın blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub. Qeyd edək ki, bu il Ayşənin çıxış etdiyi “Vasas” həm də Macarıstan kubokunu qazanıb. Beləliklə, Ayşənlə "Vaşaş" ötənilki uğurunu təkrarlayıb. Xatırladaq ki, təğrübəli blokçumuz Ayşən Abduləzimova ötən mövsümdə də "Vaşaş"la həm Macarıstan çempionu, həm də Macarıstan Kubokunu qazanmışdı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.