BOKS
-----------------------------
Bu gün 4 boksçumuz mundialda rinqə çıxacaq
Ümid Rüstəmovsa üçüncü döyüşünü keçirəcək
Artıq 7 gündür ki, Özbəkistanın paytaxtı Daşkənddə kişilər arasında boks üzrə dünya çempionatı keçirilir. Qeyd edək ki, mundiala kubalı baş məşqçi Pedro Rokenin rəhbərliyi altında 13 boksçu ilə qatılan Azərbaycan yığmasının 4 üzvü - Məsut Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Mirşərif Kazımzadə (75 kq) və ən ağırımız olan Məhəmməd Abdullayev (=91 kq bu gün növbəti döyüşünü keçirmək üçün rinqə çıxacaq. Sayca 3-cü döyüşünə çıxmağa hazırlaşan Ümid Rüstəmov 1\8 finalda bolqarıstanlı Xavyer İbanyeslə döyüşəcək. Elə həmin mərhələdə Məhəmməd Abdullayev əlcəzairli Murad Kadi ilə yumruqlaşacaq.
1\16 final mərhələsində döyüşə çıxan Məsud Yusifzadə Duqlas Trindadeylə (Braziliya), Mirşərif Kazımzadə isə İtaliya təmsilçisi Salvatore Kavallaro ilə qarşılaşacaq.
Boksçularımız arasında mübarizəni davam etdirən və dayandəranlar da var. Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq) və Nəbi İsgəndərov (67 kq) növbəti döyüşlərini gözləyənlər arasındadır. Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (91 kq) isə mübarizəni erkən dayandıraraq, mundialla əliboş vidalaşıb.
107 ölkədən 538 dəri əlcək ustasının mübarizə apardığı və mükafat fondu 5,2 milyon ABŞ dolları təşkil edən dünya çempionatına mayın 14-də son final döyüşləəri ilə yekun vurulacaq. Reqlamentə görə, hər çəkinin qalibi 200, finalda uduzaraq ikinci olan 100, üçüncü yeri tutanlar isə 50 min dollar mükafat qazanacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.