CÜDO
----------
Cüdoçularımız Göygöldə AK-nın ilk günü 16 medal qazanıblar
Bu gün (mayın 6-sı) Göygöldə yeniyetmələr arasında keçirilən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə Avropa Kuboku turnirinə start verilib. Turnirin ilk günü qızların yarışında -40 kq, -44 kq, 48 kq. və -52 kq. çəki dərəcəsində, oğlanların arasında isə çəkisi 50 kq, 55 kq, 60 kq və 66 kq olan cüdoçular tatmiyə çıxıblar. Bu Avropa Kubokunun ilk günündə Azərbaycan milli yığması 6-sı qızıl, 5-i gümüş və 5-i bürünc əyarlı olmaqla 16 medal qazanaraq yarışa uğurla start verib. Maraqlıdır ki, burada 3 çəkidə Azərbaycan finalı baş tutub. Həmin finallara gəlincə, 50 kq-da Nihad Məmişov Maqomed Məmişovdan, 55 kq-da Mirxaliq İsgəndərov Fərid Qarayevdən, 66-da isə Cəsur İbadlı Mehdi Cəfərovdan güclü olub. Məhəmməd Musayev (60 kq), Nigar Məmişova (40 kq) və Vüsalə Hacıyeva (48 kq) da turnirin qalibi adını qazanıb.
Turnirin ilk günündən sonra Azərbaycan 16 (6-5-5) medalla komanda hesabında 1-ci, Türkiyə 5 (1-2-2) medalla 2-ci, Polşa isə 1 (1-0-0) medalla üçüncü yerdədir.
Yarışa sabah yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.