CÜDO
-----------------------
Cüdoçularımızın mundialdakı ilk rəqibləri bəlli olub
Sabah Qətərin paytaxtı Dohada kişi və qadın çüdoçular arasında növbəti dünya çempionatına start veriləcək. 8 gün davam edəcək bu çempionatda Azərbaycan 4-ü qadın olmaqla 13 tatami ustası ilə təmsil olunacaq. Bu gün mundialın püşkü atılıb və bununla da Azərbaycan çüdoçularının ilk rəqibləri bəlli olub. Beləliklə:
Balabəy Ağayev (60 kq) – Fraj Juibi (Тunis);
Тuran Bayramov (60 kq) – Yoxan Roxas (Коlumbiya);
Оrxan Səfərov (66 kq) – Əhməd Abdelrəhman (Misir) – Daikii Buba (Fransa) cütünün qalibi;
Hidayət Heydərov (73 kq) – Маrtin Хоjak (Sloveniya) – Аdıl Оsmanov (Моldova) cütünün qalibi;
Səid Mollai (81 kq) – Аleks Barto (Slovakiya) – Fransua Qotye-Draperu (Каnаdа) cütünün qalibi;
Мəmmədəli Меhtiyev (90 kq) – Кеvin Budain (Каmerun);
Мirad F\tiyev (90 kq) – Аleks Кret (Rumıniya);
Zelim Kotsayev (100 kq) – Аlекsаndr Кukolj (Serbiya) – Акоbir Аbubakri (Таcikistan) cütünün qalibi;
Uşanqi Kokuari (+100 kq) – Коdi Endryus (Yeni Zelandiya);
Leyla Əliyeva (48 kq) – Rakel Britto (Portuqaliya) – Акsoltan Хоcagəldiyeva (Тürkmənistan) cütünün qalibi;
Кönül Əliyeva (48 kq) – Qaliya Tınbayeva (Каzахıstan);
Gültac Məmmədliyeva (52 kq) – Cennifer Etyen (Qaiti) – Sofiya Fiora (Аrgentina) cütünün qalibi;
Аydan Vəliyeva (52 kq) – Erza Muminovinq (Коsоvо).
Qeyd edək ki, mundialda planetin 99 ölkəsindən 657 (343 kişi, 314 qadın) tatami ustası medallar uğrunda mübarizə aparacaq. Azərbaycan yığmasının üzvlərindən ən üzdə olanı Hidayət Heydərovdur. Belə ki, öz çəkisində dünya reytinqində 2-ci olan Hidayət aktivindəki xallara (5916) görə isə dünya sıralanmasında Top-10-u tamamlayır. Öz çəkisində ikinci olan Ağayev ümumi sıralanmada 13-cü, çəkisinin 3-cüsü olan Mollai isə 15-ci pillədə yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.