VOLEYBOL
-------------
"Döyüş"ə "qocalar" çıxıb
Dünən Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə I Kubok turnirinə start verilib. AVF-dan verilən məlumata görə, veteran kişi voleybolçuların mübarizə apardığı bu yarışda "İceland", "Bosşelf", "Saatlı" və "Algo Beach" klubu iştirak edir. İlk qarşılaşmasında “İceland” və “Bosşelf” komandaları üz-üzə gəlib. Görüş “Bosşelf” kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci matçda isə “Saatlı" klubu “Algo Beach"nı 2:1 hesabı ilə məğlub edib.
4 komandanın mübarizə apardığı turnirin bu günə təsadüf edən ikinci günündə isə ilk olaraq meydana "Saatlı" və “İceland" komandaları çıxacaqlar (saat 16:00). Saat 17:30-da isə "Algo Beach" - "Bosşelf" kollektivləri üz-üzə gələcəklər. Dairəvi sistemlə keçirilən yarışın qalibi mayın 7-də müəyyən olunacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.