"Gənclər ailə dəyərlərinin keşiyində" layihəsi həyata keçirilib.
Layihə çərçivəsində Mingəçevir şəhərində gənclər üçün erkən və məcburi evlilik, onun fəsadları, bu halların səbəbləri və ona qarşı mübarizə yollarının öyrədilməsi üçün təlimlər keçilib.
“Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində yaşayan təxminən 200 nəfərə yaxın gəncə erkən və ya məcburi nikaha yola açan səbəblərin aşkarlanması istiqamətində məlumatların ötürülməsi və onları bu problemin aradan qaldırılması istiqamətində təşəbbüslərə təşviq etməkdən ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin cəmiyyətin mövcud probleminin həlli istiqamətində sosial məsuliyyətinin artırılmasına fayda verəcəkdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.