BOKS
-----------------------
Ümid Rüstəmov mundialda ikinci döyüşünü də udaraq 1/8 finala yüksəlib
Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə keçirilən və Azərbaycan boksçularının da mübarizə apardığı dünya çempionatı davam edir. Çempionatın bu günü təsadüf edən 5-ci günü Azərbaycan yığması üçün uğurlu başlayıb. Belə ki, bu gün mundialda ikinci döyüşünü keçirməli olan boksçularımızdan biri - 57 kq çəki dərəcəsində rinqə çıxan Ümid Rüstəmov bu dəfə də ümidləri doğrulda bilib. Qeyd edək ki, 1\16 finalda türkiyəli Batuxan Ciftçi ilə döyüşən boksçumuz rinqi 5:0 hesablı qələbə ilə tərk edərək, 1\8 finala yüksəlib. Bu gün ikinci döyüşünə çıxmağa hazırlaşan Murad Allahverdiyevsə (90 kq) az sonra qazax;ıtanlı Nurbek Oralbayla qarşılaşacaq.
Qeyd: Mundualın geridə qalan 4 günündə Azərbaycan yığmasının üzvlərindən Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Mirşərif Kazımzadə (75 kq) və Maqomed Abdullayev (+91 kq) ilk döyüşünü qələbə ilə başa vuraraq, mundialın növbəti mərhələsinə yüksəlib. Yığmamızın daha 3 üzvü - Sərxan Əliyev (71 kqə, Eldar Quliyev (92 kq) və Malik Həsənov (63,5 kq) məğlub olaraq mübarizəni erkən dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.