RÜSTƏM İSMAYILOV:
Kempo üzrə 19-cu Dünya Çempionatı və Dünya kuboku keçirilib
24-30.04.2023 tarixində Portuqaliyanın Kaldaş De Rainha şəhərində Kempo üzrə növbəti 19-cu Dünya Çempionatı və Dünya kuboku keçirilmişdir.Bu yarışda 62 ölkədən iki minə yaxın idmançı səkkiz bölmə üzrə birincilik üçün güclərin sınamışlar.(Kata,Komanda kata,Silahlarla işləmə,Semi Kempo,Full Kempo, Submişn Kempo,Nokdaun Kempo).Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi ”Toğrul”idman klubunun nümayəndələri də bu yarışda iştirak etmişdilər.Toğrul İbrahimli kişirər arasında 65 kg çəki dərəcəsində üç ən güclü bölmələrdə iştirak edərək Dünya çempionu adı qazanmışıdır. Sonrakı iki idmançımız Gülay İbrahimli 55 kg / 16-17 yaşlar arasında Semi Kempo üzrə üç görüş keçirdərək ikinci yerdə dayanmışdır.Final görüşündə Tunis idmançısı üstünlüyü əldə etmişdi. Submişn bölməsində Portuqal idmançısına birinci dairədə məğlub olaraq o bölmədə görüşlərin dayandırmışdı. Üçüncü idmançımız Fateh İbrahimli 10-11 yaşlar arasında 35 kg çəki dərəcəsində Dünya kubokunda Full Kempo və Submişn Kempoda iştirak etmişdi.Full Kempoda Rumın idmançısı xal üstünlüyü ilə elə birinci dairədən Fateh İbrahimlini dairədən çıxartmışdı. Kempo Submişn bölməsində isə Fateh İbrahimli üç görüş keçirdərək üçüncü yerdə qərarlaşmışdı.Qeyd etmək istərdik ki, bu çempionatda iştirak üçün həm maliyyə həm də hərtərəfli dəstək klubun daxili imkanları hecabına başa gəlmişdi.Ümüdvarıq ki, gələcəkdə belə bir mötəbər yarışlarda iştirak üçün bəzi iş adamları və yenə də həmişəki kimi Gənclər və İdman nazirliyimiz dəstək olacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.