MİNİ-FUTBOL
-------------------------
Azərbaycan millisi pley-offda Fransa ilə qarşılaşacaq
Paytaxt Bakıda mini-futbol üzrə keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan büynəlxalq turnir davam edir. 10 komandanın iki qrupda mübarizə apardığı turnirdə artıq ilkin mərhələ yarışları başa çatıb. Turnirin reqlamentinə əsasən, qrup liderləri birbaşa yarımfinala çıxıblar. Qruplarda 2-3-cü yerləri tutan komandalar isə yarımfinala çıxmaq üçün pley-offda mübarizəni davam etdirəcəklər. Xatırladaq ki, Azərbaycanıın 8 xalla 3-cü yeri tutduğu A qrupunda eyni xal ehtiyatına malik olan Serbiya birinci, Çexiya isə ikinci olub. Gürcüstan 3 xalla qrupda 4-cü, aktivinə bir xal belə yazdıra bilməyən İtaliya isə sonuncu olub. B qrupunda isə Qazaxıstan (9 xal) qrupun vahid lideri olub. Hərəyə 7 xal toplayan Fransa və Ukrayna 2-3-cü yerləri bölüşüb. Türkiyə 6 xalla 4-cü, xalı olmayan CAR isə sonuncu (5-ci) olub. Büləliklə də, pley-offda Çexiya Ukrayna ilə, Azərbaycansa Fransa ilə qarşılaşacaq. Birinci cütün qalibi yarımfinalda Serbiya ilə, ikinci cütlüyün güclüsü isə 1\2 finalda Qazaxıstanla qarşılaşacaq.
A qrupunda yer alan alan Azərbaycanın iştirakı ilə keçirilən oyunların nəticəsi belə olub:
Azərbaycan - Serbiya - 0:0;
Azərbaycan - Çexiya - 0:0,
Azərbaycan - İtaliya - 2:0,
Azərbaycan - Gürcüstan - 2:0.
A qrupunda yekun turnir cədvəli: Serbiya – 8 xal (4 oyun), Çexiya – 8 (4), Аzərbaycan – 8 (4), Gürcüstan – 3 (4), İtaliya – 0 (4).
B qrupunda yekun turnir cədvəli: Qazaxıstan – 9 (4), Fransa – 7 (4), Ukrayna – 7 (4), Тürkiyə – 6 (4), CAR – 0 (4).
Qeyd: Oyunlar Tennis Akademiyasında keçirilir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.