FUTBOL
------------------
"Barsa"nı çempionluqdan cəmi 2 xal ayırır
Hazırda İspaniya La Liqasının vahid lideri olan "Barselona" klubu demək olar ki, mövsümün bitməsinə 5 tur qalmış praktiki olaraq, çempionluğu özünə təmin edib. Xatırladaq ki, la Liqada geridə qalan 33 turdan sonra "Barselona" 82 xalla yarış cədvəlində birincidir. Onun ən yazxın təqibçisi olan Madrid "Real"ının isə hazırda 68 xalı var. Qeyd edək ki, son 3 turun ikisində məğlubiyyətlə üzləşən "Real" qalan 5 turun hamısını qələbə ilə başa vursa belə, o zaman maksimum halda 83 xal toplamış olacaq. "Barsa"ya isə mövsümü çempion kimi bitirmək üçün qalan 5 oyunda cəmi 2 xl qazanmaq bəs edir. Bu zaman "Barselona"nın 84 xalı olacaq ki, bu da Madid təmsilçisi üçün əlçatmaz olacaq. İşdi, əgər möcüzə baş verərəsə və hər iki komanda La Liqanı 83 xalla başa vurarsa, onda çempionluq titulu "Real"a veriləck. Bu isə heç də inanılası və baş tutacağı möcüzəyə oxşamır.
"Barselona" La Liqada növbəti matçını səfərdə "Espanyol"a qarşı keçirəcək. Kataloniya təmsilçisi bu oyunda minimal hesabla belə qalib gələrsə, onda 4 tur öncədən çempionluğu özünə təmin etmiş olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.