CÜDO
-----------------
ACB cüdo yığmamızın üzvündən bəhs edib: "Hidayət Heydərov Azərbaycan komandasının lideri kimi özünü təsdiqləyib"
7-12 may günlərində Qətərin paytaxtı Dohada kişi və qadın cüdoçular arasında növbəti dünya çempionatı keçiriləcək. 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalı verən bu mundialda Azərbaycan komandası da (9 kişi, 4 qadın) iştirak edəcək. Artıs mundialın startına sayılı günlər qalıb. Bu arada isə Avropa Cüdo Birliyinin rəsmi saytında Azərbaycan yığmasının üzvü Hidayət Heydərov haqda xoşagələn məlumat yayılıb: “Hidayət Heydərov -73 kq. çəki dərəcəsində Azərbaycan komandasının lideri kimi özünü təsdiqləyib. O, hazırda dünya çempionu monqolustanlı Tsend-Oçir Tsoqtbaatardan sonra reytinqdə ikinci yerdə qərarlaşıb. Demək olar ki, bu kateqoriyada zəif idmançı yoxdur. Bu da çempionatın maraqlı və gözlənilməz hadisələr ilə dolu olacağını vəd edir” - saytda belə deyilir.
Yeri gəlmişkən, Azərbaycan yömasının mundiala gedəcək heyəti belədir:
Qadınlar: Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Əliyeva (hər ikisi 52 kq):
Kişilər: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.