BOKS
----------------
Boksçuların dünya çempionatı davam edir
Mübarizəyə qatılan 5 boksçumuzdan 3-ü mərhələ adlasa da...
Mayın 1-də Azərbaycan yığması da daxil olmaqla, 107 ölkəni təmsil edən 538 boksçunun iştirakı ilə ÖzbərÖzbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında startı verilən boks üzrə dünya çempionatı davam edir. Qeyd edək ki, ilk iki günü geridə qalan mundiala kubalı baş məşqçi Pedro Rokenin rəhbərliyi altında 13 boksçu ilə qatılan Azərbaycan yığmasının 5 üzvü artıq birinci döyüşünü başa vurub. Onlardan üçü mərhələni adlamağı bacarsa da, ikisi məğlubiyyətlə üzləşərək, çıxışını erkən dayandırıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, start günü rinqə çıxan Ümid Rüstəmov (57 kq) ümidləri doğrultduğu halda, onunla eyni gündə mübarizəyə qatılan Eldar Quliyevsə (92) rəqibindən zəif olub. Dünən mübarizəyə qatılan 3 boksçumuzdan isə, Mirşərif Kazımzadə (57 kq) və Murad Allahverdiyev (80 kq) ilk döyüşdə muradlarına çatdığı halda, yığmanın liderlərindən biri olan Malik Həsənovsa (63,5 kq) türkiyli rəqibi Bilgə Kanlıyla bacarmayıb.
Beləliklə mərhələ adlayan boksçularımıdzan Kazımov mayın 5-də 1\16 finalda italiyalı Salvatore Kavalyaro ilə, Allahverdiyev mayın 7-də 1\16 finalda qazaxıstanlı Nurbek Oralbayla, startda ümidləri doğruldan Ümid Rüstəmovsa mayın beşində eyni mərhələdə türkiyəli Batuhan Citfçiylə üz-üzə gələcək. Qarşılaşma mayın 5-də olacaq. Bu gün isə Tayfur (60 kq) və Sərxan (71 kq) Əliyev qardaşları rinqə çıxacaq.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın final döyüşləri mayın 13-də və 14-də olacaq. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.