“Türkiyə Cümhuriyyətinin qurulmasının və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” –
ORTAQ KONFRANS
Bilkent Universitetində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Bilkent Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə “Türkiyə Cumhuriyətinin qurulmasının və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” adlı konfrans keçirilib.
Əvvəlcə ümummilli lider, ulu öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün, 6 fevral zəlzələsində həyatını itirən şəxslərin, türk və azərbaycanlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca hər iki ölkənin himnləri səsləndirilib.
Sonra Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən tədbir iştirakçılarına ünvanlanmış məktub oxunub. Məktubda Heydər Əliyevin müstəqil Azərbaycanın bütün sahələrinin tərəqqisində əvəzsiz xidmətlərindən, xüsusilə onun rəhbərliyi altında həm Sovet dövründə, həm də müstəqillik illərində ölkəmizdə təhsili sahəsinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlərdən, eləcə də Ümummilli Liderin Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi böyük önəmdən bəhs edilib.
Bilkənt Universitetinin rektoru professor Kürşat Aydoğan çıxışında Bilkent Universitetinin təsisçisi, tanınmış elm xadimi mərhum İhsan Doğramacı ilə Heydər Əliyev arasında səmimi dostluq əlaqələri, bu əlaqələrin iki qardaş ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığın dərinləşdirilməsində rolu barədə danışıb.
AzMİU-nun prorektoru professorAkif Qasımov öz çıxışındakonfrans iştirakçılarını universitetin rektoru professor Gülçöhrə xanımın adından salamlayıb və konfransın işinə uğurlar diləyib. Eyni zamanda Bilkənt universitetinin rektoruna mötəbər tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib. Prorektorbildirib ki, Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək vətənpərvərlik, uzaqgörən və məqsədyönlü qərarları sayəsində Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin sürətli və davamlı inkişafa nail olunub. II Qarabağ müharibəsində ölkəmizin parlaq zəfərinə diqqət çəkən professor A.Qasımov Azərbaycan ordusunun qurulmasında Ulu Öndərin sonsuz xidmətlərini qeyd edib, Ümummilli Liderin xüsusi həssaslıqla yanaşdığı və möhkəm təməllər üzərində qurulan Azərbaycan-Türkiyə qardaşlığının strateji əhəmiyyətindən danışıb.
Prorektor əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Türkiyə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub və bütün sahələr, o cümlədən ali təhsilüzrə faydalı əməkdaşlıqlar həyata keçirilir.
Milli Məclisinin deputatı Vüqar İskəndərov və ölkəmizin Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyevöz çıxışlarında iki qardaş dövlət arasındakı münasibətlərin bugünkü səviyyəsindən, Ulu Öndərin bu münasibətlərin formalaşmasındakı rolundan, Şuşa Bəyannaməsindən və əlaqələrimizin müttəfiklik səviyyəsinə yüksəlməsindən bəhs ediblər.
Daha sonra Bilkənt Universitetinin professoruSeçkin Köstem “Cümhuriyyətin 100-cü ildönümündə Türkiyənin xarici siyasəti və Azərbaycan”, AzMİU-nunkafedra müdiri professor İslam Mustafayev isə “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Türkiyə xarici siyasətində Azərbaycanın dəyişməz yeri, Heydər Əliyevin Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın təşəkkülündə, dərinləşdirilməsində və ölkəmizin bugünkü inkişaf səviyyəsinə yüksəlməsindəki roluna toxunulub.
Konfransın sonundaqarşılıqlı olaraq hədiyyələr təqdim edilib və iştirakçılar üçün konsert proqramı nümayiş olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.