STOLÜSTÜ TENNİS
----------------------
Stolüstü tennisçilərimiz “Europe youth series”də daha 3 medal qazanıblar
Avropa Stolüstü Tennis İttifaqının Xorvatiyanın Osiyek çəhərində keçirdiyi və azərbaycanlı tennisçilərin də mübarizə apardığı “Europe youth series” turnirinə fərdi və qoşa yarışlarla yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, turnirin son günündə təmsilçilərimiz daha 3 medal qazanıblar. Qeyd edək ki, şəxsi yarışlara qatılan 13 yaşlı idmançımız Onur Quluzadə müvafiq ardıcıllıqla Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə almaniyalı rəqibinə 2-3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb. Yağmur Məmmədli - Xədicə Eylazova, eləcə də Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda 3-cü yeri tutub. Xatıradaq ki, yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda turnirində gümüş mükafata sahib çıxmışdı. Beləliklə 13 yaşlılardan ibarət yığmamız Xorvatiya turnirində biri gümüş və üçü bürünc əyarlı olmaqla 4 medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.