FORMULA-1
----------------
Maks Ferstappen pilotların yarış cədvəlində liderliyi özündə saxlayıb
"Red Bull"sa ən yaxın izləyicisini 93 xal geridə qoyub
Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-Prisindən sonra pilotların və eləcə də komandaların mövcud yarış cədvəli açıqlanıb. Cədvələ əvvəlki kimi yenə də Maks Ferstappen ("Red Bull") liderlik edir. Qeyd edək ki, geridə qlan 4 Qran-Pridən ikisini udan və birində də ikinci olan Ferstappenin aktivində 93 xalı var. Cədvəldə ikinci yeri 87 xalla onun komanda yoldaşı, Azərbaycan Qran-Prisi də daxil olmaqla cari mövsümdə iki mərhələnin qalibi olan Serxio Peres ("Red Bull") tutur. İlk üçlüyü 60 xalla Fernando Alonso ("Aston Villa") tamamlayır. 4-cü yeri cari mövsümdə hələ də özünü göstərə bilməyən 7 qat dünya çempionu Lyuis Hemlton ("Mersedes") tutur. KarlosSaynsın ("Ferrari") 34 xalla 5-ci, onun komanda yoldaşı Şarl Leklerinsə 28 xalla 6-cı olduğu cədvəldə Corc Rassell ("Mersedes") 28 xalla 7-ci, Lans Stroll ("Aston Martin") 27 xalla 8-ci, Lando Norris ("Maklaren") 10 xalla 9-cu, Niko Xülkenberqsə ("Xaas") 6 xalla 10-cu pillədə məskunlaşıb.Çempionata qatılan digər 10 pilotdan isə 4-ü 4, ikisi 2-si 2, ikisi 1 xal topladığı halda daha ikisi idsə xal qazanmayıb.
Komandalara gəlincə vəziyyət belədir:
1. "Red Bull" - 180 xal;
2. "Aston Martin" - 87 xal;
3. "Mersedes" - 76 xal;
4. "Ferari" - 62 xal;
5. "Maklaren" - 14 xal;
6. "Alpin" - 8 xal;
7. "Xaas" - 7 xal;
8. "Alfa Romeo" - 6 xal;
9. "Alfa Tauri" - 2 xal;
10. "Viyams" - 1 xal.
Qeyd: Növbəti Qran-Pri yarışı 6-7 may günlərində Mayamidə (ABŞ) keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.