FORMULA-1. FİNAL
--------------------
Serxio Peres Azərbaycan Qaran-Prisinin qalibidir
Formula-1 üzrə dünya çempionatının daha bir mərhələsi geridə qaldı. Söhbət aprelin 28-də Bakı həlqəsində sərbəst yürüşlərlə start götürüb bu gün əsas (final) yürüşü ilə başa çatan cari mövsümün sayca 4-cü olan Azərbaycan Qran-Prisindən gedir. Maraqlıdır finalın start sıralanmasında yer alan ilk üçlük bu mübarizəni sonadək davam etdirib. Startda ilk üçlükdə mqvafiq ardıcıllıqla Şarl Lekler ("Ferrari"), ikiqat dünya çempionu Maks Ferstappen ("Red Bull") və Serxio Peres ("Red Bull") alsa da finizdə bu trioda yerdəyişmə olub. Peres finişə birinci, onun komanda yoldası Ferstappen ikinci, Leklersə üçüncü çatıb. Qeyd edək ki, uzunluğu 6 km olan Bakı həlqəsinin 4-cü dövrəsində Ferstappen Lekleri qabaqlaya bilib. Bunun ardından isə Serxio da Lekleri geridə qoyub. Lakin Ferstappen təkərləri dəyişmək üçün pit-stop edərəkən onun meksikalı komanda yoldaşı liderliyi ələ alıb. Və bununla da sona qədər liderliyi özündə saxlayan Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi olub. Və öz komanda yoldaşı Ferstappen kimi cari mövsümdə ikinci qələbəsini qazanıb. O, həm də Azərbaycan Qran-Prisinin spirint yürüşünü də udub.Peres Azərbaycan Qran-Prisini ikinci dəfə udan ilk pilot kimi də tarixə düşüb. Onun ardından Maks Ferstappen finişə ikinci (+2,137 saniyə gecikməklə), Leklersə (+21,217 saniyə) üçüncü çatıb. yürüşdə 4-6-cı yerləri Fernando Alonso ("Aston Villa"), Karlos Sayns ("Ferrari") və 7 qat dünya çempionu Lyuis Hemlton ("Mersedes") bölüşüb. Qeyd edək ki, Hemlton finişə Serxiodan +46,145 saniyə gec çatıb. Digər pilotlara gəlincə, Lans Stroll ("Aston Villa"), Corc Rassell ("Mersedes"), Lando Norris ("Maklaren"), Yuki Tdunoda ("Alfa Tauri"), Oskar Piastri ("Maklaren"), Aleks Albon ("Vilyams"), Kevin Maqnussen ("Xaas"), Pyer Qasli ("Alpin"), Esteben Okon ("Alpin"), Loqan Sarcent ("Vilyams"), Niko Xülkenberq ("Xaas") və Valtteri Bottas ("Alfa Romer") isə yürüşdə müvafiq ardıcıllıqla 7-18-ci yerləri bölüşüblər. Daha iki pilot - Çjou Quanyuy ("Alfa Romeo") və Nik dü Vris ("Alfa Tauri") finişə çatmadan mübarizəni dayandırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.