TAEKVONDO
---------------------
Taekvondoçularımız klublararası AÇ-də iki medal qazanıblar
Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə keçirilən klublararası Avropa çempionatı davam edir. Bu gün başa çatacaq çempionatda Azərbaycan "Gilan " və "Alpman" klubu ilə təmsil olunur. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 2000-dən çox idmançının qatıldığı bu yarışda dayanq ustalarımızdan daha biri medal qazanıb. Sıhbət "Gilan" İdman Klubunun üzvü Taleh Süleymanovdan (87 kq) gedir. İlk mərhələdən azad olan təmsilçimiz 1/8 ispaniyalı Ruben Qarsiya ("Mazarron") ilə döyüşüb. Rəqibini məğlub edən Süleymanov ikinci görüşündə yunanıstanlı İoannis Papadopoulosa ("Attiki Dinami") qalib gəlib.
Taleh yarımfinalda xorvatiyalı Yosip Biliçlə ("Marjan") üz-üzə gəlib. Döyüşdə zədələnən taekvondoçu məğlub olub və bürünc medalla kifayətlənib.
Xatırladaq ki, Süleymanovdan öncə isə “Alpman” Taekvondo Klubunun üzvü Səlimə Quliyeva (42 kq) yalnız həlledici finalda büdrəyərək ikinci yeri tutub. 42 kq çəkidə dayanq üzərinə çıxan Səlimə 1/8 finalda böyük britaniyalı Gina Beynə (“Horizon” Taekvondo Akademiyası) 2:0 hesabı ilə qalib gəlib. O, ardınca eyni hesabla Almaniyanın “TVBB Elit” klubunun idmançısı Stefani Nikolayevanı məğlub edib.
Yarımfinalda isə Vasiliki Papadopoulou (“Açilleas Egaleo”, Yunanıstan) 2:0 hesabla məğlub edən Səlimə finalda Mixalina Vrobellə (Polşa klubu) bacarmayıb. Gərgin keçən döyüşdə 1:2 hesabı ilə uduzan Quliyeva klublararası Avropa çempionatını gümüş medalla başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.