İDMAN GÜLƏŞİ
---------------------
Azərbaycanın yeniyetmə güləş yığması Türkiyədə birinci yeri tutub
Aprelin 27-dən 29-dək Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında “Zəfər Kuboku” keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə. Sözügedən bu ənənəvi yarışda ölkəmizi yunan-Roma və qadın güləşi üzrə U-17 milli komandalarımız təmsil edib.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında turnirə qatılan yunan-Roma güləşi üzrə yığmamızın 9 üzvü uğurla çıxış edərək, fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) finalı da udaraq çempion olub. Yalnız finalda büdrəyən Nurlan İbadzadə (60 kq) ikinci, Elnar Ziyadov (48 kq), Roman Kərimov (60 kq), Cavidan Nehmətov (71 kq) və Mikayıl İsmayılov (92 kq) isə üçüncü yeri tutub. Beləliklə də, 4-ü qızıl, 1-i gümüş və 4-ü bürünc əyarlı olmaqla 9 medal qazanan millimiz 173 xalla komanda hesabında 1-ci yeri tutub.
Böyük məşqçi Həsrət Məmmədyarovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında bəlli turnirə qatılan qızlardan ibarət komandamız isə 3 (1-0-2) medal əldə edib. Bütün görüşlərini qələbəylə bitirən Günay Qurbanova (61 kq) qızıl, Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) triosu isə bürünc medal qazanıb. Yığmamız 63 xalla 3-cü yeri tutub.
Beləliklə, turnirdə güləşçilərimiz 12 (5 qızıl, 1 gümüş, 6 bürünc) medal qazanıb. Bu yarışda ölkəmizi hakim qismində beynəlxalq dərəcəli referi Xəzər Allahverdiyev təmsil edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.