HƏNDBOL
----------------
Kişi həndbol yığmamız qatıldığı mundialda sonuncu olub
Bolqarıstanın Varna şəhərində Azərbaycan da daxil olmaqla, inkişaf etməkdə olan ölkələr arasında keçirilən kişi həndbolçuların dördüncü çempionatına yekub vurulub. Qeyd edək ki, 12 komandanın 4 qrupda mübarizə apardığı mundial Azərbaycan yığması üçün tam uğursuz olub. Baş məşqçisi iranlı mütəxəssis Nasse Salimi olan Azərbaycan komandası qatıldığı bu mundialda keçiridiyi 4 oyunun hamısında məğlub olaraq fiaskoya uğrayıb. Xatırladaq ki, yığmamız əvvəlcə yer aldığı D qrupunda ev sahibi Bolqarıstan (19:30) və Nigeriyaya uduzub (17:35). Yer aldığı qrupda sonuncu yeri tutan yığmamız pley-offda qrup sonuncuları ilə birlikdə 9-12-ci yerlər uqrunda Qvatemalayla qarşılaşıb. Bu oyunda da məğlub (20:28) Azərbaycan komandası 11-ci yer uğrunda Malta ilə qarşılaşıb. Di gəl ki, yığmamız həmin oyunda da məğlubiyyətlə (20:31) üzləşərək mundialın sonuncusu olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.