AĞIRLIQQALDRMA
--------------------------
Ağır atletlərin ölkə çempionatı keçirilib
Günel Vəliyeva 3 yeni rekord göstərib
28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə keçirilən Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb. İlk olaraq qadınlar körpücük üzərinə çıxaraq ən güclüləri müəyyənləşdiblər. AAAF-dan verilən məlumata görə, qadınların yarışında Samirə Rzayeva (45 kq), Ravilə Abbasova (49 kq), Selcan Qarayeva (55 kq), Dinarə İbrahimli (59 kq), Fazilə İmanova (64kq), Fidan Mirzəzadə (71 kq), Günel Vəliyeva (76 kq) və Rahilə Hüseynzadə (81 kq) öz çəkilərində bütün rəqiblərini geridə qoyaraq, Azərbaycan çempionu adını qazanıb. Yeri gəlmişkən, Vəliyeva həm birdən, həm təkanla qaldırmada, həm də iki hərəkətin toplamında yeni rekorda imza atıb.
Qadınların yarışı bitincə, kişilər mübarizəyə başlayıblar. İlk olaraq çəkisi 55 kq olan Amin Osmanovla 61 kq-da körpücüyə çıxan Elşən Məmmədov nəyə qadir olduğunu göstərib. İki hərəkətin cəmində 202 kq (91+111) nəticə göstərən Amin Osmanov bütün rəqiblərini geridə qoyaraq qızıl medala layiq görülüb.
61 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elşən Məmmədovsa toplam 213 kq (97+116) nəticə ilə qızıl medala layiq görülüb.
67 kq çəki dərəcəsində toplam 276 kq (125+151) nəticə göstərən Tehran Məmmədov qızıl medala sahib çıxmaqla Azərbaycan çempionu olub.
73 kq çəki dərəcəsində Paşa İbrahimli fərqlənib. O, toplam 307 kq (141+166) nəticə göstərərək bu çəkidə qızıl medala yiyələnib. Bu çıxış həm də 3 yeni rekordla əlamətdar olub. Paşa İbrahimli birdən qaldırma hərəkətində 141 kq, təkanla qaldırma hərəkətində 166 kq, toplamda isə 307 kq-lıq nəticələrlə Azərbaycan rekordlarını yeniləyib.
Çempionatın son günündə körpücük üzərinə çıxanlara gəlincə, 81 kq çəki dərəcəsində Füqan Əliyev toplam 316 kq (140+176) nəticə ilə qızıl medal qazanıb. Bununla yanaşı, o bu çəki dərəcəsində 3 rekord yeniləməyi də bacarıb. Birdən qaldırma hərəkətində 140 kq, təkanla qaldırma hərəkətində 176 kq, toplamda isə 316 kq-lıq nəticələr yeni Azərbaycan rekordlarıdır.
Digər çəkilərdə müvafiq olaraq toplam 283 kq (130+153) nəticə ilə Əli Quliyev, toplam 280 kq (125+155) nəticə ilə Elşən Şərifov, toplam 240 kq (105+135) nəticə ilə Fuad Hümmətli, toplam 315 kq (140+175) nəticə ilə German Xaçmazov və toplam 300 kq (140+160) nəticə İsmayıl Qurbanov Azərbaycan çempionu adını qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.