Basketbol
----------------------
"Sabah" "Olimpik"i, "NTD" isə "Neftçi"ni darmadağın edib
Daha iki oyunla kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 28-ci və həm də sonuncu olan tura yekun vurulub. "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutan oyunların birində müntəzəm çempionatın vahid lideri "Sabah" çempionatın autsayderi olan "Olimpik"i (Şəki), digər oyunda isə liderin yaxın təqibçilərindən biri - "NTD" "Neftçi"ni sınağa çəkib. Hər iki oyunda birincilər qalib gəlib. Müntəzəm çempionatın qalibi olmuş "Sabah" rəqibini 105:80 (29:29, 20:19, 28:10, 28:23), "NTD" isə 101:89 (28:20, 22:21, 23:14, 28:34) hesabla darmadağın edib. Bu qələbə sayəsində "Sabah" liderliyini qoruduğu halda, "NTD" "Gəncə" ilə arasında olan xal fərqini eyniləşdirməklə yenidən ikinci pilləyə yüksəlib. Xatırladaq ki, hesabat turunda bu oyunlardan öncə "Gəncə" "Sərhədçi"ni 102:85, "AAAF Xırdalan"sa "Zirvə"ni (Astara) 109:96 hesabla məğlub edib.
Qeyd edək ki, bir növ formal xarakter daşıyan son tur pley-off mərhələsində qarşılaşacaq cütlərin dəyişməsinə səbəb olmayıb. Əvvəlcədən müəyyənləşdiyi kimi pley-offda "AAAF Xırdalan" - "Sabah" və "NTD" - "Gəncə" matçları olacaq.
28 turdan sonra mütəzəm çempionatın yekun turnir cədvəli belədir:
Коmanda | O | Q | M | T-F | X |
Sabah | 28 | 21 | 7 | +176 | 49 |
NTD | 28 | 20 | 8 | +230 | 48 |
Gəncə | 28 | 20 | 8 | +139 | 48 |
Хırdalan | 28 | 19 | 9 | +138 | 47 |
Sərhədçi | 28 | 14 | 14 | +59 | 42 |
Neftçi | 28 | 9 | 19 | -76 | 37 |
Zirvə | 28 | 7 | 21 | -169 | 35 |
Оlimpik | 28 | 2 | 26 | -497 | 30 |
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.