STOLÜSTÜ TENNİS
--------------------
Stolüstü tennis üzə U-13 millimiz “Europe youth series”də "gümüş" qazanıb
Xorvatiyanın Osyek şəhərində Azərbaycanın stolüstü tennis üzə U-13 milli komandasının da iştirakı ilə Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turniri keçirilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, turnir heyəti Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırovdan ibarət olan yığmamız üçün uğurlu və yadda qalan olub. Belə ki, yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız ¼ finalda Sloveniya millisini 5-1, yarımfinalda ev sahibinin digər kollektivini 5-0 hesabı ilə üstələyərək finala yüksəlib. Təəssüflər olsun ki, yığmamızın bu zəfər yürüşü sona qədər davam etməyib. Finalda Çexiya seçməsi ilə qarşılaşan U-13-müz 1-5 hesablı məğlubiyyətlə üzləşib. Nəticədə yığmamız turnirin gümüş medalını qazanmaqla fəxri kürsünün ikici pilləsində qərarlaşıb.
Qeyd edək ki, Osiyek sınaqlarında Azərbaycan yığmasına məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadə rəhbərlik edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.