Bügün Azərbaycan Qran Prisində ilk dəfə olaraq Sprint yarışı keçirilir
2023 Formula 1 Azərbaycan Qran Prisinin ikinci günündə sprint yarışı start götürür. Mövsümün ilk Sprint yarışı üzrə təsnifat mərhələsi saat 12:30-da başlayacaq. Daha sonra isə Formula 1 üzrə Sprint yarışı 17:30-da start götürəcək. 17 dövrəni əhatə edəcək Sprint yarışının təsnifat mərhələsinin ən sürətli pilotu mübarizəyə birinci sıradan başlayacaq.
Formula 2 üzrə sprint yarışı isə yerli vaxtla saat 15:00-da baş tutacaq. Burada pilotlar 45 dəqiqə ərzində 21 dövrəni tamamlamalıdırlar.
Paytaxtımızın yeddinci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran Prisi bu il “Gözlənilməzə hazır ol” şüarı altında keçirilir. Azarkeşlərə həm trekdə, həm də trekdən kənarda bənzərsiz coşğu yaşadan Bakı yarışında Sprint formatı ilk dəfə keçirilir.
Yarışın əyləncə proqramının çərçivəsində bugün azarkeşlər Dənizkənarı Bulvar ərazisində DJ Hardwell-in konsertinə qatıla biləcəklər.
Azərbaycan Qran Prisi sabah yerli vaxtla saat 15:00-da keçiriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.